İşıqların sönməsi xəstəxanalarda çətinlik yaradıb - Həkimlər əl fanarı ilə işləyirmiş...

İşıqların sönməsi xəstəxanalarda çətinlik yaradıb - Həkimlər əl fanarı ilə işləyirmiş...
SOSİAL
13:17 03.07.2018
4052
Mingəçevirdə yerləşən "Azərbaycan" İES-də qəzanın baş verməsi nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") işıqsız qalması həkimlərin işində çətinlik yaradıb.
 
AZXEBER.COM xəbər verir ki, xəstəxanaya müraciət edən xəstələrdən yüngül xəsarət alanları 3 saylı Kliniki Tibbi Mərkəzə və Travmatoji Mərkəzə yönləndirilib.

Həkimlər məcbur olub əl fanarlarının köməkliyi ilə ilkin tibbi yardım göstərib.

Medicina.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədovanın sözlərinə görə, işıqların sönməsi nəticəsində generatorlar dərhal işə düşüb:

"Xəstəxanalarda heç bir problem yaranmayıb. Bununla bağlı nazirliyə şikayət daxil olmayıb".
OXŞAR XƏBƏRLƏR