İslahat dalğası başlayır: İcra başçıları dəyişəcək

İslahat dalğası başlayır: İcra başçıları dəyişəcək
SOSİAL
17:16 22.02.2017
9379
Ölkə başçısının struktur islahatları ilə bağlı anonsundan sonra İcra hakimiyyətləri və ona bağlı strukturlarda da ciddi dəyişikliklərin olacağı gözlənilir. Ayrı-ayrı nazirliklərin bölgələrdə şöbələrinin olduğunu nəzərə alsaq, iqtisadi çətinliklərlə üz-üzə qaldığımız bir vaxtda "əyalət padşahları”nın hökmranlığı çox yersiz görünür.
 
Bu haqda modern.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc ümumilikdə İcra hakimiyyətlərinin ləğvindən söhbət getməsə də, müəyyən ciddi dəyişikliklərin olacağının gözlənilən olduğunu açıqlayıb:
 
Kompüterdən istifadə edə bilməyən icra başçılarımız...
 
"İcra Hakimiyyətləri ləğv olunmasa da, Azərbaycan bölgələrinin büdcənin boğazında yükə çevrilməsi dayandırılmalıdır. Çıxış yolu, adının nə qoyulmasından asılı olmayaraq, bölgənin öz-özünü təmin edə bilməsindədir. Sən pis İcra Hakimiyyəti başçısı olasan, eyni zamanda regional büdcən də dolub-daşa, bu, qeyri-mümkündür. Əgər sən, menecmenti yaxşı bilməsən, müasir informasiya texnologiyalarından istifadəni bacarmasan, investisiya cəlbi üçün aktiv tədbirlər həyata keçirməsən, iş adamlarına şərait yaratmasan, hətta adın çox cazibədar terminlə ifadə olunsa belə, qəbul olunmayacaqsan. Reallıq bundan ibarətdir ki, Azərbaycanda İcra hakimiyyətlərilə bağlı problem müxtəlif dövrlərdə ölkə rəhbərliyi səviyyəsində deyilib. Buna görədir ki, Prezident kadr islahatları sahəsində məhz bu sferada ən böyük addımları atıb. Yeni dövr tələbləri baxımından bu sahədə islahatlar davam etdiriləcək”.
 
"İcra başçısı dirəniş göstərirdi”
 
Parlament üzvü tarixə ekskurs edərək, indiki icra başçılarını əvvəlkilərlə müqayisə edib: "1990-cı illərin reallığından çıxış etsək, o dövrdə rayonlara rəhbər təyin olunarkən əsas məqsəd, bölgənin ağır xaosdan çıxarılması idi. Qorxmazlıq, igidlik, ayrı-ayrı qruplaşmalara qarşı dirəniş amili önə çəkilirdi. İndi də həmin dövrün icra başçılarının adı xatırlanır. 1991-1992-ci illərdə silah vasitəsilə 1-ci şəxsləri əvəzləyirdilər, yaxud onların ailə üzvlərini girov götürürdülər. Həmin vaxt mənim təmsil etdiyim bölgədə belə bir hadisə baş vermişdi. Hətta ulu öndər gecə saat 4-də müxtəlif şəxslərlə əlaqə quraraq problemi çözməyə çalışmışdı. Nəticədə sərt cəzalara da gedilmişdi”.
 
"Bəzi "media mənsubları” icra başçısına "pul tələsi” kimi baxır”
 
Z.Oruc XXI əsrdə padşahlıq hökmranlığına yer olmadığını vurğulayıb: "2000-ci ildən sonra menecmentlik önə çıxdı. Artıq həmin dövrdə silahlı qüvvələr mövcud deyildi və Rasim Daşdəmirovlar, Ağa dayılar, Aslan Aslanovlar erası bitmişdi. Qarşıdakı dönəm üçün parametlər dəyişməkdədir. Əgər İcra Hakimiyyətinin rəhbəri elektron sistemlərdən istifadə edə bilmirsə, ayrı-ayrı "media mənsubları”nın pul tələsi kimi görünür və onların hədəfinə çevrilirsə, bu vasitə ilə əhalinin problemləri, vətəndaşların qəbulu, sahibkarların mühüm işləri kənarda qalırsa, demək ki, problemlərimiz hələ mövcuddur. Mən hesab edirəm ki, bütün bunlar dövlət başçısına hamımızadan daha yaxşı bəllidir. Nəzərə alın ki, hər gün bölgələrdən gələn məlumatlar Adminstrasiyada toplanaraq ölkənin birinci şəxsinə məruzə edilir. Ola bilsin ki, vətəndaşın qəbul olunması problemi fonunda dərhal qərar verilməsin. Amma zaman keçdikdə insanları incidən icra başçılarını aqibətinin şahidi oluruq. Dediyim dövr baxımından gələcəkdə islahatlar prosesinin daha da sürətli olacağını düşünürəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib