“İslahatçı Gənclər” Gəncədə icra başçısı ilə görüşüb - FOTOLAR

“İslahatçı Gənclər” Gəncədə icra başçısı ilə görüşüb - FOTOLAR
SOSİAL
16:47 10.11.2021
272
"İslahatçı Gənclər” İctimai Birliyinin nümayəndə heyəti 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin ildönümü münasibəti ilə "Zəfər Görüşləri” adlı layihə həyata keçirir. Layihə çərçivəsində Gəncəyə səfər edən nümayəndə heyəti şəhər rəhbərliyi ilə də görüşüb.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, "Editor.az” Media Qrupunun rəhbəri Fərid Şahbazov, Birliyinin sədr müavini, "Azxeber.com” Media Qrupunun rəhbəri Hacıbəy Heydərli, tanınmış politoloq Əhməd Şahidov iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə şanlı qələbəyə gedən yolda şəhid olanların ailələlərinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs olunub.

Niyazi Bayramov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad edərək, Vətənimiz Azərbaycanın bütövlüyünü təmin etdi.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin birinci müavini Səməd Tomuyev çıxış edərək şəhərdə şəhid və qazi ailələrinə götərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, qələbəyə gedən yol asan olmadı və Gəncənin də qazanılan zəfərdə öz payı var. Gəncə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə raket atəşinə məruz qaldı. Nəticədə 26 nəfər mülki şəxs şəhid oldu, 130-dan çox şəxs müxtəlif dərəcəli bədən xəsarəti aldı, onlarla yaşayış evi tamamilə dağıldı. Bununla yanaşı o qeyd etdi ki, 4000-ə yaxın yaşayış və qeyri-yaşayış obyektlərinə ziyan dəydi Həmin ərəfələrdə şəhər rəhbərinin göstərişi ilə zərərçəkən ailələrin bir qismi kirayə evlərlərə təmin edildi, digərləri isə Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa edilmiş yataqxanasına yerləşdirildi. Hazırda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində yaşayış və qeyri-yaşayış obyektlərinə dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Komitə zərərçəkən sakinlərlə mütəmadi görüşlər keçirir, onları narahat edən məsələləri aradan qaldırır.

"Müharibənin ilk günlərindən başlayaraq, Gəncə şəhərinə cəbhə bölgəsindən və eyni zamanda, 4-17 oktyabr 2020-ci il tarixlər arasında raket hücumu nəticəsində şəhid cənazələri gətirilirdi və şəhər rəhbərliyi onların dəfnində şəxsən iştirak etməyi özünə borc bilirdi. İstər şəhidlərin qəbirüstü abidələrinin götürülməsi, istər yas mərasimlərinin təşkili tərəfimizdən lazımi şəkildə həyata keçirilib. Onu da qeyd etmək lazımdır ki, şəhid ailələri istənilən zaman Niyazi Bayramovun qəbuluna növbəsiz gəlirlər və öz müraciətlərinə dilə gətirirlər. Hazırda bütün Respublikada olduğu kimi, Gəncə şəhərində də 8 Noyabr-Zəfər Gününə hazırlıqlar ən yüksək səviyyədə davam edir. Əlbəttə, görülən işlərin hamısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan irəli gəlir” – deyə Səməd Tomuyev əlavə edib.

Görüşdə "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazov "Zəfər Görüşləri” layihəsi çərçivəsində ilk olaraq Nizami yurdu olan Gəncəyə səfər etdiklərini dilə gətirib. O, Niyazi Bayramova şəhərdə şəhid ailələri və qazilərə göstərilən diqqətə görə təşəkkür edərək ictimai birlikləri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib.

Sonda xatirə şəkillər çəkdirilib.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR