“İslahatçı Gənclər” gənclərin dostlarını bir araya gətirdi – FOTOLAR-VİDEO

GƏNCLİK
18:25 28.01.2014
3522

2 Fevral Gənclər Günü ərəfəsində gənclərə dəstək olan şəxslər mükafatlandırıldı“İslahatçı Gənclər” İctimai Birliyi 2 Fevral Gənclər Günü ilə bağlı millət vəkilləri, dövlət qurumlarının rəsmiləri, media təmsilçiləri və fəal gənclərin iştirakı ilə “Gənclik və dövlətçilik” mövzusunda konfrans keçirib. Toplantını giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Cənab Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. Gəncliyin inkişafına yönələn bu siyasət bu gün Cənab Prezident tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Bunun məntiqi yekunudur ki, bu gün gənclərimiz Azərbaycanda hakimiyyətin müxtəlif pillələrində təmsil olunmaqla, dövlət idarəçiliyində yaxından iştirak edirlər. Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq”.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Elton Məmmədov, Aydın Mirzəzadə, Jalə Əliyeva, Hacı Salayev, Adil Əliyev, Kamilə Əliyeva, Mahir Aslanov, Azər Badamov, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov, Əməkdar artist Aybəniz Haşımova, “Azad Azərbaycan” Teleradio Şirkətinin vitse-prezidenti Məqsəd Nur, “Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən və olduqca uğurlu nəticələrindən söz açıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilib.

Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyinin açıqladığı siyahıda Azərbaycan prezidenti İlham Əliyev gənclərə göstərdiyi yüksək diqqət və qayğıya, reallaşdırılan olduqca uğurlu dövlət gənclər siyasətinə görə, “2013-cü İlin Adamı” adına layiq görülüb.

Daha sonra “İslahatçı Gənclər” İctimai Birliyi 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə, aşağıdakı şəxsləri özünün Fəxri Diplomları ilə təltif etdi.AZXEBER.COM informasiya portalı da Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinə verdiyi dəstəyə görə mükafata layiq görülənlər arasındadır. Mükafatı alan portalın baş redaktoru Hacıbəy Heydərli çıxış edərək, portalın bütün kollektivi adından İGİB fəallarına öz təşəkkürünü bildirib.Ziyafət Əsgərov-Milli Məclisin vitse-spikeri

Fəttah Heydərov-Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili

İntiqam Babayev-Gənclər və İdman nazirinin müavini

Xalidə Bayramova-Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini

Daşqın Şikarov-Azərbaycanın Pakistandakı səfiri

Müşfiq Əmirov-Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi

Aydın Mirzəzadə-Milli Məclisin deputatı

Azay Quliyev-Milli Məclisin deputatı

Elton Məmmədov-Milli Məclisin deputatı

Ülvi Quliyev-Milli Məclisin deputatı

Jalə Əliyeva-Milli Məclisin deputatı

Adil Əliyev-Milli Məclisin deputatı

Hacı Salayev-Milli Məclisin deputatı

Qənirə Paşayeva-Milli Məclisin deputatı

Kamilə Əliyeva-Milli Məclisin deputatı

Mahir Aslanov-Milli Məclisin deputatı

Azər Badamov-Milli Məclisin deputatı

Mübariz Qurbanlı-Milli Məclisin deputatı

İqbal Məmmədov-Milli Məclisin deputatı

Aybəniz Haşımova-Əməkdar artist

Məqsəd Nur-Azad Azərbaycan” Teleradio Şirkətinin vitse-prezidenti

İxtiyar Hüseynli-”Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin müdiri

Aynur Camalqızı-”Publika.az” portalı və “Gündəlik-teleqraf” qəzetinin baş redaktoru

Hacıbəy Heydərli- Azxeber.com portalının baş redaktoru

Vüsalə Mahirqızı-”APA Holdinq”in prezidenti

Natiq Məmmədli-”Kaspi” qəzetinin baş redaktoru

Rövşən Tağıyev-“Kral Rent a Car” şirkətinin direktor

OXŞAR XƏBƏRLƏR