“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimizin mətbuat və sosial şəbəkələrdə təbliği” adlı layihəsini davam etdirir.
Layihə çərçivəsində növbəti ictimai müzakirə Quba rayonunda baş tutub. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, QHT və media təmsilçiləri,Qubadan olan fəal gənclər iştirak edib.
“İslahatçı Gənclər” İctimai Birliyinin nümayəndə heyəti öncə Quba rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsin ziyarət edərək, ruhuna dualar oxuyub.
Daha sonra Tədbiri giriş sözü ilə açan Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Aynur Yəhyayeva müzakirəsi reallaşdırılan “Milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimizin mətbuat və sosial şəbəkələrdə təbliği” mövzusunun aktuallığını qeyd edərək, Qubada daima bu mövzuda maarifləndirmə tədbirlərinin həyata keçirildiyini vurğulayıb. A.Yəhyayeva qeyd edib ki, milli- mənəvi dəyərlərimiz qorunması və təbliği işidə dövlət qurumları ilə yanaşı, QHT-lərin də üzərinə böyük məsuliyyət düşür.
Daha sonra çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qloballaşan dünyada cərəyan edən proseslərin fonunda milli-mənəvi dəyərlərimizin, görkəmli şəxsiyyətlərimizin qorunması və təbliği məsələsinin daha da aktuallaşdığını dilə gətirib. Birlik sədri vurğulayıb ki, ölkəmizdə reallaşdırılan dövlət siyasətinin mahiyyətində xalqımızın əsrlər boyu yaşatdığı dəyərlərin qorunması və bütün dünyada təbliğ edilməsi məqsədi dayanır: “Belə məqamda şübhəsiz ki, gənclərin üzərinə böyük məsuliyyət düşür. Biz mətbuatın, dünyada sürətlə populyarlaşan sosial şəbəkələrin verdiyi imkanlardan faydalanaraq milli-mənəvi dəyərlərimizin, görkəmli şəxsiyyətlərimizin təbliği işində yaxından fəallıq göstərməliyik”.
Tədbirdə çıxış edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, YAP GB-nin şöbə müdiri Səbuhi Abbasov, Azxeber.com İnformasiya portalının baş redaktoru Hacıbəy Heydərli, “İslahatçı Gənclər” İctimai Birliyinin İdarə heyətinin üzvü Cavid Süleymanov, gənc tarixçi Anar Muradov mövzunun əhəmiyyətindən bəhs edərək, milli-mənəvi dəyərlərin hər bir xalqın kimlik kartı olduğunu bildiriblər.
Tədbir maraqlı müzakirələrlə davam edib.
Səfər çərçivəsində tədbir iştirakçılarının bir qrupu Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidovla görüşərək, mövzu ətrafında fikir mübadiləsi aparıblar.
![](/file/pic/xeber/2014-05-20/63985.jpg)
![](/file/pic/xeber/2014-05-20/63986.jpg)
![](/file/pic/xeber/2014-05-20/63987.jpg)
![](/file/pic/xeber/2014-05-20/63988.jpg)
![](/file/pic/xeber/2014-05-20/63989.jpg)
![](/file/pic/xeber/2014-05-20/63991.jpg)
![](/file/pic/xeber/2014-05-20/63994.jpg)
![](/file/pic/xeber/2014-05-20/63997.jpg)
![](/file/pic/xeber/2014-05-20/63998.jpg)
![](/file/pic/xeber/2014-05-20/63999.jpg)