“İslahatçı Gənclər”in Türkiyə təmsilçisi nüfuzlu macarıstanlı siyasətçi ilə görüşüb

GƏNCLİK
11:20 04.11.2013
1530

“İslahatçı Gənclər” İctimai Birliyinin Türkiyə təmsilçisi, İstanbul Universiteti hüquq fakültəsi tələbəsi Zemfira Əliyeva İstanbulda səfərdə olan və Türk Dünyası Araşdırmaları Vəqfində gənclərlər bir araya gələn Macarıstanın “Daha Yaxşı Macarıstan Uğrunda”(Jobbik) Partiyanın sədri Qabor Vano ilə görüşüb.

 Görüşdə əsas müzakirə mövzusu Azərbaycan-Macarıstan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi olub. Qabor Vano deyib ki, o bir müddət əvvəl Azərbaycanda səfərdə olub və onun partiyası Azərbaycanla-Macarıstan arasında münasibətləri yüksək qiymətləndirir. Q.Vanonun sözlərinə görə, onun partiyası bu münasibətlərin dərinləşməsi üçün əlindən gələni edir. Partiya sədri qeyd edib ki, onlar ermənilərin Dağlıq Qarabağda və Xocalıda azərbaycanlıların başına gətirdikləri faciələri qətiyyətlə pisləyir və daima gündəmdə saxlayırlar.

“İslahatçı Gənclər” İctimai Birliyinin Türkiyə təmsilçisi Zemfira Əliyeva Qabor Vanoya tutduğları ədalətli mövqeyə və Azərbaycana verdikləri dəstəyə görə, təşəkkür edib. Təmsilçi Azərbaycanın da Macarıstanla münasibətlərə böyük önəm verdiyini dilə gətirib.

OXŞAR XƏBƏRLƏR