BDU-dan islam dinini təhqir edən müəllimə sərt cəza

BDU-dan islam dinini təhqir edən müəllimə sərt cəza
SOSİAL
18:38 16.01.2020
3637

Dünən Bakı Dövlət Universitetində imtahan zamanı  müəllim İslam dinini və Quranı təhqir edib.

AZXEBER.COM-un Oxu.Az-a istinadən məlumatına görə, bu barədə universitetin III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb.

Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu "terrorçu” adlandırdığını qeyd edib. 

Məsələ barədə BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq.

Universitetin mətbuat katibi Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, müəllim auditoriyadan uzaqlaşdırılıb:

"Tarix kafedrasının müəllimi Rabil Süleymanlıya şiddətli töhmət verilib”.

OXŞAR XƏBƏRLƏR