Banqladeşin paytaxtı Dəkkədə İslam dinini təhqir edənlərin cəzalarının ağırlaşdırılmasını tələb edən mərasim iştirakçıları ilə polislər arasında insident baş verib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə 36 nəfər ölüb, 100 nəfərdən çox insan yaralanıb.
Dini mərasimdə iştirak edən 70 min nəfərə qarşı polis tərəfindən göz yaşardıcı bomba, plastik mərmi, təzyiqli su, səs bombasından istifadə olunub. Hadisə nəticəsində islam dinini təbliğ edən televiziyaların yayımı dayandırılıb.Ayşə İsazadə