İslam Kərimov qızını çılpaq şəkillərinə görə döydü - FOTOLAR

DÜNYA
00:40 01.11.2013
14178

Özbəkistan prezidenti İslam Kərimovu cangüdənləri sakitləşdirməyə çalışıblar

Özbəkistan prezidenti İslam Kərimov qızı Gülnarəni döyüb. Bu barədə “Forbes Qazaxıstan” politoloq Usman Xaknazarova istinadən məlumat yayıb. Prezidentin qızını döyməsinə səbəb isə prezidentin qızının çılpaq şəkillərinin olmasıdır. Qəzəblənən prezident qızı Gülnarə Kərimovaya bunları bildirib: “Sən məni bütün dünyada rüsvay etdin! Bu nə şəkillərdir?! Yarıçılpaq vəziyyətdə kameralar və jurnalistlər qarşısına çıxanda fikirləşmədinmi təkcə özünü deyil, məni, ananı və bütün ailəni rüsvay edəcəksən?” İslam Kərimovu cangüdənləri sakitləşdirməyə çalışıblar. Politoloqun sözlərinə görə, bu barədə prezidentə bütün məlumatları ölkənin xüsusi xidmət idarəsinin rəhbəri Rüstəm İnoyətov verib. R.İnoyətov prezidentə Gülnarə Kərimovadan şikayət edərək bildirib ki, o, İnoyətovun kabinetinə gələrək əməkdaşların gözü qarşısında onu söyüb. O, həmçinin prezidentə bildirib ki, Gülnarə Kərimova dövlət büdcəsindən hər il "Art Week Style", "Qızıl Hepard” kimi tədbirlərin keçirilməsi üçün 16 milyon dollar mənimsəyir. Onun rəhbərlik etdiyi “Forum”un keçirdiyi tədbirləri maliyyələşdirmək üçün sahibkarlardan pul topladığı barədə məlumatlar da materiallarda yer alır. Gülnarə Kərimovanın sahibi olduğu "TV Markaz", "Forum TV", "NTT", "SoftS" telekanalları, "Zamin FM", "A’lo FM" və "Terra FM" radioları vergi ödəmir. "Bu KİV-lər yalnız "Forum" fondunun fəaliyyətini işıqlandırır və Gülnarə Kərimovanın müəllifi olduğu mahnıları efirə verir. Məlumata görə, növbəti gün respublikanın Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurasının 18 yüksək çinli məmuru işdən azad edilib və həbs edilib. Xatırladaq ki, Gülnarə Kərimovanın ixtiyarında olan KİV-lər bağlanıb və onun xalası oğlu Əkbərəli Abdullayev həbs edilib. Avtomobili isə əlindən alınıb. İslam Kərimovun böyük qızı öz "Twitter" səhifəsində atasını Stalinlə müqayisə edib.

OXŞAR XƏBƏRLƏR