İslamiadanın açılış günü 5 sürücü xətdən uzaqlaşdırılıb

İslamiadanın açılış günü 5 sürücü xətdən uzaqlaşdırılıb
SOSİAL
11:22 20.05.2017
1126
Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 5 sürücü xətdən uzaqlaşdırılıb.
Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

O qeyd edib ki, açılış mərasimində həmin sürücülərin 4-də yüksək təzyiq olduğu, 1 sürücü isə sürət həddini aşdığı üçün sükan arxasından uzaqlaşdırılıb.

M.Ağayev bildirib ki, həmin ərəfədə BNA-nın 350 avtobusu fəaliyyət göstərib. Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin günü sürücülər əvvəlcədən tibbi müayinədən keçiriliblər.

IV İslam Həmrəliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-ə BNA 430 avtobus ayırıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcədən tibbi müayinədən keçiriləcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə avtobuslar izləniləcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".
///TREND
OXŞAR XƏBƏRLƏR