İslamiadanın bilet satışından əldə edilən gəlir - 3 milyon

İslamiadanın bilet satışından əldə edilən gəlir - 3 milyon
ÖZƏL
17:29 23.05.2017
2174
 
Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən 360 min bilet alınıb.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bilet satışından 3 milyon manata yaxın gəlir əldə olunduğunu bildirib:

"Ancaq bu rəqəmlər hələ dəqiqləşdirilir. Bu işlər tam yekunlaşdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq".
OXŞAR XƏBƏRLƏR