İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfransın iştirakçıları Şuşa qalasında olublar

İslamofobiya ilə mübarizə üzrə beynəlxalq konfransın iştirakçıları Şuşa qalasında olublar
SOSİAL
16:28 10.03.2024
162
"Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşa qalasında olublar.

AZXEBER.COM xəbər verir ki, xarici qonaqlara şəhərin zəngin tarixi haqqında məlumat verilib.

Konfrans iştirakçıları Şuşa şəhərinin bərpası və tarixi görkəminə qaytarılması istiqamətində aparılan işlərlə tanış olublar. Onlara şəhərin işğalı zamanı ermənilərin törətdikləri vandalizm aktları barədə məlumatlandırılıb.

Qeyd edək ki, Bakıda keçirilən iki günlük tədbirin sonunda qonaqların 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına səfəri təşkil olunub.
OXŞAR XƏBƏRLƏR