İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
KRİMİNAL
12:04 08.04.2026
296
Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR