İşlətdiyi kafenin su hovuzuna yıxılan kişi öldü

İşlətdiyi kafenin su hovuzuna yıxılan kişi öldü
SOSİAL
18:47 19.08.2022
314
Ağdamda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Rayonun Üçoğlan kənd sakini İbrahimov Şəmsəddin Abdulla oğlu işlətdiyi "Dostluq” adlı kafenin həyətində olan su hovuzuna yıxılıb. Ş.İbrahimov kəllə-beyin travması ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR