HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.
Bu barədə İranın "Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, bina yerli vaxtla saat 02:00-da havadan vurulub.
Agentliyin məlumatına görə, raket İrandan deyil, xarici dövlətin ərazisindən atılıb.