İsmayıl Vəliyevin Neftçala sərgüzəştləri - FOTOLAR

İsmayıl Vəliyevin Neftçala sərgüzəştləri -  FOTOLAR
SOSİAL
02:02 07.06.2016
2070
Azərbaycanda ən çox şikayətlərin olduğu rayonlardan biri Neftçaladır. Mütəmmadi olaraq bu rayondan redaksiyamıza daxil olan şikayətlərlə bağlı yazılar dərc edirik. Amma icra başçısı İsmayıl Vəliyev nə vətəndaşların şikayətinə baxır, nə də problemlərin həlli yolunda hər hansı bir addım atır.
Qaynarinfo.az-a Neftçala ilə bağlı yeni məlumatlar daxil olub. Məlumat verən rayon sakinləri bildirir ki, İsmayıl Vəliyev icra başçısı təyin olunarkən yerlərdə əhali ilə görüşlər keçirib və insanlara onlarla vədlər verib. Bildirib ki, rayonda quruculuq-abadlıq aparacaq, iş yerlərinin açılmasına çalışacaq, korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparacaq, bu xeyirxah işləri görmək üçün ətrafına sağlam əqidəli, təcrübəli, savadlı kadrları toplayacaq.
Amma aradan 5 il keçsə də, İsmayıl Vəliyevin bütün vədlər boş söz yığını olaraq qalıb. Məsələn, ötən il yağan güclü qarın ağırlığına tab gətirməyən çoxlu sayda yaşayış evləri, yardımçı tikililər uçub. Əhalini sakitləşdirmək üçün fotoşəkillər çəkilir, yerlərdə baxışlar keçirilir və Fövqaladə Hallar Nazirliyinə əhali üçün tikinti materialları alınmasına sifarişlər verilib. Amma nazirlikdən tikinti materialları gəldikcə Neftçala şəhərinin mərkəzindəki bazar sökülərək, başqa yerdə başçı üçün yeni bazar inşa edilib, yeni avtovoqzal açılıb, xeyli sayda icarəyə verilən dükan və mağazalar tikilib, dəbdəbəli "Avtoturist” restoranı və oteli inşa edilib. Bundan nə əhali xeyir görüb, nə də ki, dövlətin büdcəsi. Qazanan ancaq İsmayıl Vəliyev olub.
Ətrafına yararlı kadrlar toplamağa söz vermiş İsmayıl Vəliyev bu vədini də özünəməxsus şəkildə icra edib. Əvvəlcə rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsinə Elmira Kazımova adlı birini gətirib. O da başlayıb rayonun tarix-diyarşünaslıq müzeyinin eksponatlarını və avadanlıqlarını yavaş-yavaş "sıradan çıxarmağa".
Fəaliyyətinə Pezident tərəfindən son qoyulmuş Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin keçmiş müdüri Mustafa kimi "bacarıqlı” kadrı irəli çəkərək onu sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müavin təyin edib. Sosial şəbəkələrdə adı Mustafadan da çox hallanan "saxta diplomlu” Gülqədəm Mirzazadəni Neftçala şəhər inzibati dairəsi üzrə nümayəndə təyin edib. Öz fəaliyyəti dövründə heç bir müsbət cəhəti ilə fərqlənməyən Gültəkin Sadıqovanı İcra aparatının hümanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edib.
İsmayıl Vəliyevin apardığı abadlıq işləri də fiasko ilə nəticələnib. Məsələn, Heydər Əliyevin xatirəsinə ucaldılmış Mərkəzin qarşısında əkilmiş ağaclar quruyaraq yararsız hala düşüb, mərkəzin ətrafını ot-alaq basıb, şüşələri çirkaba batıb. Baxın bütün bu nöqsan və çatışmamazlıqlar haqqında danışanları, deyənləri isə Humanitar və Sosial Məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova ailələri, uşaqları ilə hədələyir.
OXŞAR XƏBƏRLƏR