İsmayıllıda 17 nəfər saxlanıldı - VİDEO

İsmayıllıda 17 nəfər saxlanıldı - VİDEO
Bütün Xəbərlər
16:55 24.01.2013
2713
İsmayıllıda aksiya həyəcanı hələ də davam edir. Bu gün səhər saatlarında, Rayon İcra Hakimiyyətində icra başçısının iştirakı ilə müşavirə keçirilib. İsmayıllı rayonundan seçilmiş deputat Novruz Aslan təcili olaraq Bakıdan İsmayıllıya gedib və müşavirədə iştirak edib. Yaxın saatlarda İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovun jurnalistlərə açıqlama verəcəyi gözlənilir.
Bu saatlarda İsmayıllıda sakitilikdir. Həyat öz axarı ilə davam edir.
Xatırladaq ki, bu gün səhər saat 11.00 radələrində 500-ə qədər rayon sakini İsmayıllı şəhərinin Axundov küçəsi ilə şəhər mərkəzinə doğru hərəkət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın qarşısını alıb. Nəticədə bir qrup rayon sakini ilə polis arasında toqquşma baş verib. Vəziyyəti sabitləşdirmək məqsədilə İsmayıllıya əlavə polis qüvvəsi cəlb olunub.
Qeyd edək ki, səhər baş verən aksiya zamanı 17 aksiya iştirakçısı saxlanılıb.
OXŞAR XƏBƏRLƏR