İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı uşaq öldü

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı uşaq öldü
HADİSƏ
10:40 31.03.2026
273
Bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi "VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində vəfat edib.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan da xəsarət alıb.

Qəzaya düşənlər bir ailənin üzvləridir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR