İsmayıllıda ağır qəza - Maşın mal-qara sürüsünə çırpıldı, 3 ölü, 3 yaralı

İsmayıllıda ağır qəza - Maşın mal-qara sürüsünə çırpıldı, 3 ölü, 3 yaralı
SOSİAL
10:38 15.06.2018
6312
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, taksi sürücüsü Çingiz Əliyev idarə etdiyi "Mercedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən gecənin qaranlıq vaxtı qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.

Hadisə zamanı sürücü və 2 sərnişini hadisə yerində ölüb, biri uşaq olmaqla 3 nəfər ağır xəsarət aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralıların adları hələlik məlum deyil.

Əlavə məlumat veriləcək.

Faktla bağı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR