İsmayıllı rayonunda avtomobil piyadanı vurub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Hüseynov Arif Dəmir oğlu idarə etdiyi "Vaz 2106” markalı avtomobillə rayonun Mollaisaqlı kəndi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Vahidova Göyçək Məhəmmədəli qızını vurub.
Nəticədə G.Vahidova aldığı xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.