İsmayıllı rayonunda müxtəlif vaxtlarda evlərdən məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.
AZXEBER.COM xəbər veirr ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 24 yaşlı İlkin Hüseynov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə istirahət mərkəzindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. İ.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.











































