Ötən gün, yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda baş vermiş hadisələrlə bağlı müxtəlif iddialar səsləndirilməkdədir.Bu iddialardan biri də rayonda rabitə və internet əlaqələrinin kəsilməsi ilə bağlıdır. Sosial şəbəkələrdə rayonda kommunikasiya əlaqələrinin işində fasilə yarandığı və internetə çıxışın məhdudlaşdırıldığı barədə müxtəlif yazılar və paylaşımlar qeyd olunmaqdadır.Məsələnin aktuallığını nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov MoBiz.az-a eksklüziv açıqlamasında İsmayıllıda rabitə və internet əlaqələrində heç bir problemin yaşanmadığını, rayonda kommunikasiya vasitələrinin normal rejimdə fəaliyyət göstərdiyini bildirdi.