İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
SOSİAL
18:38 23.08.2026
468
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.

Belə ki, "Niva" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR