İsmayıllıda narkotik satan şəxs saxlanıldı

İsmayıllıda narkotik satan şəxs saxlanıldı
SOSİAL
23:19 14.01.2022
281
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı evində narkotik vasitə gizlətməkdə şübhəli bilinən Tircan kənd sakini, əvvəllər də məhkum olunmuş Sarvan Fətullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbalarda və kibrit qutularında satış məqsədilə saxladığı, ümumi çəkisi 1 kiloqram 83 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Fətullayevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR