İsmayıllıda polis nəzarəti bərpa edib İsmayıllıda polis aksiyaçılara son həmlə edəndən sonra ərazidə sakitlik hökm sürür.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, rayonda hazırda ara küçələrdə polislə vətəndaşlar arasında kiçik ölçüdə toqquşmalar nəzərə çarpır. Hazırda polis əməkdaşları rayon mərkəzində sabitliyi qoruyurlar. Qeyd edək ki, sosial şəbəkələrdə hadisələr zamanı 3 nəfərin öldüyü bildirilsə də, bununla bağlı heç bir rəsmi məlumat yoxdur.