İsmayılovlar ailəsi “Russkiy Standard” arağından və “Hennesy” konyakından imtina edir...

İsmayılovlar ailəsi “Russkiy Standard” arağından və “Hennesy” konyakından imtina edir...
SOSİAL
15:05 10.09.2017
1662
Müfılis elan edilmiş azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılov və ailəsi "AST İnternational Environment" şirkətinin təsisçiləri sıralarını tərk edib.

Bu şirkət Rusiyada alkaqollu içkilərin ən iri distribütorlarından biridir və Telman İsmayılovun kreditorları həmin şirkətə qarşı iddia irəli sürməmişdi. Başqa sözlə bu, Telman İsmayılovun ailəsinin milyardlarla dollarlıq borcuna görə kreditorların nəzarətinə keçməyən sonuncu aktivi idi.

RBC Daily yazır ki, hazırda İsmayılov və ailəsi bu şirkətin təsisçiləri sırasında yer almır. Hüquqi şəxslərin Vahid Dövlət Reyestrində yer alan məlumata əsasən onlar 2017-ci il iyunun 30-da səhmdarların sıralarını tərk ediblər. Həmin tarixə qədər Telman İsmayılovun oğlanları Sərxan və Ələkbər şirkətdə hərəyə 27.5 faiz paya malik idi. Telman İsmayılovun qohumu Zaur Mərdanov səhmlərin 25 faizinə nəzarət edirdi. Şirkətin baş direktoru Leonid Rafailov və onun qurucularından biri olan Simandu Simanduyev isə hərəyə 10 faiz paya malik idi. Hazırda isə şirkət hərəyə 50 faiz olmaqla bu iki şəxs şirkətin sahibidir. Şirkətin səhmdarlarının strukturunda bu cür kəskin dəyişikliyin səbəbi açıqlanmır.

"AST İnternational Environment" 1992-ci ildə yaradılıb. Dörd il sonra şirkət məşhur "Dovqan" arağının Rusiyada distribütörlüyünü həyata keçirmək üçün müqavilə bağlayıb. Bu, 90-cı illərdə Rusiyada ən məşhur araq idi. 1998-ci ildə Telman İsmayılovun şirkəti "Russkiy Standart" markasının distribütorlüyünü üzərinə götürüb. 2004-cü ildən isə şirkət "Moet Hennesy, "Bacardi" və digər məşhur alkaqol brendlərinin satışına dair müqavilələr bağlayıb. Qlobal maliyyə böhranı da bu şirkətə təsir etməmişdi və 2008-ci ildə "AST İnternational Environment" Rusiyanın beş ən iri alkaqol distribütorlarından biri idi.

Telman İsmayılov özü 2013-cü ilə qədər şirkətin sahibi olub. Həmin il o, səhmləri oğlanlarına verərək şirkətin təsisçiləri sırasını tərk edib. Hazırda da şirkət Rusiyanın ən iri alkaqol distribütorlarından biridir. Onun illik dövriyyəsi ötən il 12 milyard rubla yaxın olub.

Kreditorlar Telman İsmayılovdan pullarını geri tələb etməyə başlayanda Leonid Rafailov "Forbes"ə demişdi ki, İsmayılovlar ailəsinin alkaqol biznesindəki aktivi ilə bağlı problem yoxdur. "Mən heç bir təzyiq və ya qeyri-dostcasına hərəkət müşahidə etmirəm"-o deyib.

Hazırda şirkətin əsas kreditoru SMP Bank-dır. Bank şirkətə krediti ancaq malı girov almaqla verir.

Qeyd edək ki, Telman İsmayılov aktivlərini kreditorlardan qorumaq üçün hiyləgər sxemlərə əl atır. Məsələn, onun ABŞ-ın Las-Vegas şəhərində uzaq qohumlarından birinin adına kazino-otel aldığı üzə çıxmışdı. Biznesmen bir çox aktivlərini mürəkkəb sxemlərdən istifadə etməklə offşor zonalara köçürür və ola bilsin ki, onun alkaqol şirkətindəki səhmlərindən imtina etməsi də bu sxemin bir hissəsidir.
///virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu