İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin Fələstinə yardımı artıracağını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İspaniyanın bu il Fələstinə dəstək üçün ayırdığı 8 milyon avroluq büdcəyə əlavə olaraq 1 milyon avroluq humanitar yardım paketini də təsdiqlədiyini açıqlayıb.
Nazir Albares Qüds merinin müavini Fleur Hassan-Nahumun İspaniya və Avropa İttifaqının göndərdiyi yardımın bölgənin sülh və təhlükəsizliyinə töhfə vermədiyi iddialarına qarşı çıxıb, bu məsələnin AB səviyyəsində hərtərəfli araşdırıldığını bildirib.
HƏMAS-ın İsrailə qarşı hücumlarını pisləyən Albares İsraili "mülki insanları hədəf almamağa və beynəlxalq hüquqa riayət etməyə” dəvət edib.
Ayşən