İspaniya klubu 2006-cı ildən bəri ən pis göstəricisinə imza atıb

İDMAN
18:33 08.10.2024
314
İspaniya La Liqasının arxada qalan IX turu ərzində cəmi 7 qol vuran "Real Sosyedad" klubu 2006-cı ildən bəri ən pis göstəricisinə imza atıb.

Komanda 2006/2007 mövsümündə 9 oyunda rəqib qapılarına 5 dəfə yol tapmışdı.

"Real Sosyedad" həmin mövsümün sonunda La Liqanı tərk edərək Sequndaya düşmüşdü.

Qeyd edək ki, hesabında 9 xal olan komanda hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR