İspaniya klubu baş məşqçisi ilə yollarını ayırıb

İspaniya klubu baş məşqçisi ilə yollarını ayırıb
İDMAN
17:44 12.03.2024
185
İspaniyanın "Selta" klubu baş məşqçisi Rafael Benites ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

63 yaşlı ispaniyalı mütəxəssis "Selta"nın "sükanı arxasında" bu mövsüm bütün turnirlər daxil olmaqla 33 matçda 9 qələbə qazanıb, 9 heç-heçə edib və 15 dəfə məğlub olub.

Klub sonuncu dəfə İspaniya çempionatının 28-ci turunda "Real"a 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Rafael Benites 2023-cü ilin yayından "Selta"nı çalışıdırırdı. Onun müqavilə müddəti 2026-cı ildə başa çatırdı.
OXŞAR XƏBƏRLƏR