İspaniyanın "Atletiko" klubu belçikalı futbolçusu Aksel Vitsel ilə yeni müqavilə bağlayacaq.
Bu barədə insayder Fabritsio Romano paylaşım edib.
Madrid təmsilçisi 35 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər uzadacaq.
Qeyd edək ki, Aklsel Vitsel bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə 46 oyun keçirib, 2 qol vurub.
///apa