İspaniya klubu "Marsel"in qapıçısını icarəyə götürüb

DÜNYA
18:56 16.08.2024
164
İspaniyanın "Jirona" klubu Fransa təmsilçisi "Marsel"in qapıçısı Pau Lopesi icarəyə götürüb.

29 yaşlı qolkiperlə müqavilənin müddəti 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, karyerası ərzində "Espanyol", "Betis" (hər ikisi İspaniya), "Tottenhem" (İngiltərə) və "Roma"da (İtaliya) çıxış etmiş P.Lopes ötən mövsüm Fransa çempionatında keçirdiyi 33 oyunda 39 qol buraxıb, 8 görüşdə isə qapısını toxunulmaz saxlayıb.
OXŞAR XƏBƏRLƏR