İspaniya klubu müdafiəçisi ilə müqavilə müddətini uzadıb

İDMAN
18:24 01.06.2024
187

İspaniyanın "Atletik" klubu müdafiəçisi Dani Vivian ilə müqavilə müddətini uzadıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqavilə 2032-ci ilin yayına kimi nəzərdə tutulub.

24 yaşlı futbolçu son mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Vivian İspaniya millisinin AVRO-2024 üçün ilkin heyətinə daxil edilib.

OXŞAR XƏBƏRLƏR