İspaniya kralı noyabrda Çinə səfər edəcək

İspaniya kralı noyabrda Çinə səfər edəcək
DÜNYA
19:26 12.09.2025
180
İspaniyanın kralı VI Felipe noyabr ayında Çinə dörd günlük səfər edəcək.

Bu haqda "Bloomberg" məlumat yayıb.

Qeyd olunub ki, kralın səfəri Baş nazir Pedro Sançesin Pekinlə əlaqələri daha da dərinləşdirmək istəyi fonunda baş tutur.

Məlumata görə, kral VI Felipe və kraliça Letisiya 10-11 noyabr tarixlərində Pekinə səfər edəcəklər və kralın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcəyi gözlənilir. Daha sonra kral 12-13 noyabr tarixlərində Sıçuan əyalətinin paytaxtı Çendu şəhərinə səfər edəcək.
 
apa
OXŞAR XƏBƏRLƏR