İspaniya La Liqası: ''Levante'' büdrədi, ''Betis'' qələbəyə sevindi

İDMAN
09:39 03.12.2012
1271

Futbol üzrə İspaniya La Liqasında XIV turun növbəti oyunları keçirilib.

AZXEBER.COM-un məlumatına görə, üçüncü oyun günündə daha 4 qarşılaşma baş tutub.

Səfərdə "Selta Viqo"nun qonağı olan "Levante" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən sülhlə ayrılıblar - 1:1.

Doğma meydanda "Saraqoza" ilə qarşılaşan "Malyorka" da turu xal itkisi ilə başa vurub. Fasiləyə məğlub yollanan meydan sahibləri ikinci hissədə bərabərlik qolunu vurmağa müvəffəq olublar - 1:1.

Qeyd edək ki, XIV tura bu axşam keçiriləcək "Sevilya" - "Valyadolid" oyunu ilə yekun vurulacaq.

30 noyabr

İspaniya La Liqasında XIV turun oyunları

"Osasuna" - "Rayo Valyekano" - 1:0Qol:Sola, 5 (1:0)

1 dekabr

"Qetafe" - "Malaqa" - 1:0Qol:Lopo, 57 (1:0)"Valensiya" - "Real" (Sosyedad) - 2:5Qollar:Soldado, 2 (1:0), Bella, 44 (1:1), Qonzales, 57 (1:2), İfran, 64 (1:3), Soldado, 73 (2:3), Agirretxe, 83 (2:4), Vela, 90-pen (2:5)"Barselona" - "Atletik" (Bilbao) - 5:1Qollar:Pike, 22 (1:0), Messi, 25 (2:0), Adriano, 45 (3:0), Fabreqas, 57 (4:0), Qomez, 66 (4:1), Messi, 69 (5:1)"Real" (Madrid) - "Atletiko" (Madrid) - 2:0Qollar:Ronaldo, 16 (1:0), Özil, 66 (2:0)

3 dekabr

"Qranada" - "Espanyol" - 0:0"Deportivo" - "Betis" - 2:3Qollar:Martin, 39 (0:1), 55 (0:2), Riki, 56 (1:2), 60 (2:2), Kempbel, 76 (2:3)"Selta Viqo" - "Levante" - 1:1Qollar:Lukas, 37 (1:0), Salvador, 90 (1:1)"Malyorka" - "Saraqoza" - 1:1Qollar:Poştiqa, 16 (0:1), Viktor, 85 (1:1)

4 dekabr

"Sevilya" - "Valyadolid"

OXŞAR XƏBƏRLƏR