İspaniya millisində itki – “Real”ın müdafiəçisi heyətdən çıxarıldı

İspaniya millisində itki – “Real”ın müdafiəçisi heyətdən çıxarıldı
İDMAN
16:07 08.10.2025
181
İspaniya millisində itki yaşanıb.

AZXEBER.COM "Mundo Deportivo”ya istinadən xəbər verir ki, "Real Madrid”in 20 yaşlı müdafiəçisi Din Hüysen DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Bolqarıstanla oyunlarda iştirak etməyəcək.

İspaniya Futbol Federasiyasının (RFEF) məlumatına görə, gənc futbolçu yığmanın toplanışına əzələ yorğunluğu ilə qatılıb və müayinədən sonra onun zədəsinin ciddi olduğu müəyyənləşib.

Buna görə də, Luis de la Fuente Din Hüyseni heyətdən çıxarıb və onun yerinə "Atletik Bilbao”nun təcrübəli müdafiəçisi Emerik Laporu milliyə dəvət edib.
OXŞAR XƏBƏRLƏR