Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente müqaviləsinin müddətini uzadacaq.
Yeni sözləşmə martda Kolumbiya ilə yoldaşlıq oyunundan əvvəl bağlanacaq.
61 yaşlı mütəxəssisin hazırkı müqaviləsi iyulun 31-dək nəzərdə tutulub.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrından komandanın "sükanı arxasındadır". O, bu postda Luis Enrikeni əvəzləyib. Yığma onun rəhbərliyi altında 2023-cü ilin yayında Millətlər Liqasının qalibi olub. İspaniya millisi Almaniyada keçiriləcək Avropa çempionatının qrup mərhələsində Xorvatiya, İtaliya və Albaniya ilə üz-üzə gələcək. Yarış 14 iyun - 14 iyul aralığında gerçəkləşəcək.
///report