İspaniya millisinin yeni baş məşqçisi açıqlandı

İDMAN
20:41 08.12.2022
255
Futbol üzrə İspaniya millisinin yeni baş məşqçisi bəlli olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu vəzifə Luis de la Fuenteyə tapşırılıb.

61 yaşlı mütəxəssis bu gün istefa verən Luis Enrikeni əvəzləyib. Onunla dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.

De la Fuente bunadək İspaniyanın U-21 yığmasına rəhbərlik edib.

Qeyd edək ki, İspaniya seçməsi Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə uduzduğu üçün Luis Enrike ilə yollar ayrılıb.
OXŞAR XƏBƏRLƏR