İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb

İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
DÜNYA
18:58 28.04.2025
194
Genişmiqyaslı elektrik kəsintisi Qərbi Avropanı iflic edib - İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız, internetsiz qalıb, metro işləmir.
 
Bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, işıqforlar, tramvaylar, hava limanları fəaliyyətini dayandırıb.

"İspaniyada elektrik şəbəkələrinin bərpası 6-10 saat çəkəcək”, - "El País” qəzeti bildirir.

"Financial Times” qəzetinin məlumatına görə, genişmiqyaslı nasazlıqdan sonra ölkələrin enerji sistemləri 10 QVt-dan çox güc itirib. Nəşrin qiymətləndirməsinə görə, bu, Avropanın müasir tarixində ən böyük nasazlıqlardan biri olub - milyonlarla sakini əhatə edib.

İspaniya dövlət şəbəkə operatorunun ilkin versiyasına görə, elektrik kəsintisinin səbəbi enerji sistemində nasazlıq ola bilər. Madrid hava limanı və paytaxt metrosunun işində fasilələr müşahidə olunur.
 
///report
OXŞAR XƏBƏRLƏR