İspaniya qəzetində Hikmət Hacıyevin müsahibəsi dərc olunub

İspaniya qəzetində Hikmət Hacıyevin müsahibəsi dərc olunub
SİYASƏT
18:51 16.10.2020
857

İspaniyanın böyük oxuyucu kütləsinə malik "EL MUNDO” qəzetində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub.

AZXEBER.COM xəbər verir ki, müsahibədə Azərbaycan Prezidentinin köməkçisi cəbhə bölgəsində yaranmış hazırkı vəziyyətdən, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan əldə olunmuş humanitar atəşkəs razılaşmasının tələblərini kobud şəkildə pozaraq, yalnız Gəncəni deyil, həm də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini, həmçinin digər mülki əraziləri də ağır artilleriya və raket atəşinə tutub. Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulması nəticəsində 10 dinc sakin həyatını itirib, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədi, habelə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda "SCUD” raket kompleksləri yerləşdirib. Ermənistan tərəfi bu raketlərlə dəfələrlə dinc əhali və mülki obyektləri atəşə tutub.

"EL MUNDO” nəşrinin jurnalisti Xavyer Espinozanın guya muzdluların Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb olunması ilə əlaqədar şayiələrlə bağlı sualını cavablandıran Hikmət Hacıyev bildirib ki, bu, Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatıdır. Bu gün yüksək döyüş qabiliyyətinə və ən müasir silahlara malik Azərbaycan Ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Uzun illərdir ki, erməni tərəfi Suriya və Livan erməniləri adı altında Azərbaycana, onun Silahlı Qüvvələrinə qarşı muzdlular kimi istifadə edir.

Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları pozmaq üçün hər vasitəyə əl atdığını diqqətə çatdıran Hikmət Hacıyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayıb, Dağlıq Qarabağa Azərbaycanın sərhədləri daxilində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
Evini 3,2 milyona satır - Fotolar
04:20 12.10.2026
Evini 3,2 milyona satır - Fotolar
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
04:08 12.10.2026
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
03:50 12.10.2026
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
03:36 12.10.2026
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var
03:22 12.10.2026
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var