İspaniya Qəzzada hərbi cinayətləri araşdırmaq üçün əlavə pul ödəyəcək

İspaniya Qəzzada hərbi cinayətləri araşdırmaq üçün əlavə pul ödəyəcək
DÜNYA
15:34 05.05.2025
338
İspaniya Qəzzada hərbi cinayətləri araşdırmaq üçün ılavə pul ödəyəcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın xarici işlər naziri Jose Manuel Albares, İsrail ordusunun hücumu və blokadası altında olan Qəzza zolağında insan hüquqlarının pozulması və hərbi cinayətlərin araşdırılması üçün addımlar atacaq.
 
Bununla belə səylərini dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR) əlavə 500 milyon avro verəcəklərini açıqlayıb.

Albares, Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) keçirilən iclasda İsrailə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqa uyğun hərəkət etməsi lazım olduğunu xatırlatdıqlarını və İsrailin BMT üzvü olaraq BMT qurumları ilə əməkdaşlıq etməli və Fələstin xalqının əsas ehtiyaclarını ödəməli olduğunu ifadə edib.

Gülay
OXŞAR XƏBƏRLƏR