İspaniya Ukraynaya 1,1 milyard avroluq silah tədarük edəcək

İspaniya Ukraynaya 1,1 milyard avroluq silah tədarük edəcək
DÜNYA
18:37 27.05.2024
140
İspaniya Ukraynaya rekord məbləğdə 1,129 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcək.

Bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski Madridə səfəri zamanı kral VI Filipp, eləcə də ölkənin Baş naziri Pedro Sançeslə görüşəcək. Tərəflər ikitərəfli təhlükəsizlik barədə saziş imzalayacaq.

Bura geniş çeşiddə hərbi texnikanın, o cümlədən "Patriot” raketlərinin yeni partiyasının, 19 "Leopard 2A4” tankının, eləcə də İspaniyada istehsal olunan çoxlu sayda materialların tədarükü daxildir.

Qeyd edək ki, V.Zelenski mayın 17-də İspaniyaya səfər etməyi planlaşdırırdı, lakin səfəri ləğv etmək məcburiyyətində qalıb.
OXŞAR XƏBƏRLƏR