İspaniya Ukraynaya 600 milyon avrodan çox yardım edəcək

İspaniya Ukraynaya 600 milyon avrodan çox yardım edəcək
DÜNYA
23:52 18.11.2025
114
İspaniya bir ay ərzində Ukraynaya 615 milyon avro məbləğində yardım paketi ayıracaq.

Bunu İspaniyanın Baş naziri Pedro Sançes Madriddə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.

Sançes deyib ki, bu paket, ilk növbədə, 300 milyon avro dəyərində silahlanmanı əhatə edəcək.

Onun sözlərinə görə, bu məbləğin 100 milyon avrosu PURL proqramı üçün nəzərdə tutulub.

İspaniyanın Baş naziri əlavə edib ki, bu, Ukraynaya təcili yardım üçündür və ABŞ-dən silah alınmasına yönəldiləcək.
 
/report
OXŞAR XƏBƏRLƏR