İspaniya ilə Amerika Birləşmiş Ştatları arasında İrana qarşı hərbi əməliyyatlar səbəbilə diplomatik gərginlik yaşanır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İspaniya hökuməti ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatları dəstəkləməkdən imtina edib və ölkə ərazisində yerləşən strateji hərbi bazaların istifadəsini məhdudlaşdırıb.
Qərardan sonra ABŞ prezidenti Donald Trump Madridi ağır ticarət embarqosu ilə hədələyib.
Pedro Sançez hökumətin Ukrayna və Qəzza məsələlərində olduğu kimi İrana qarşı da açıq mövqeyini qoruyacağını bildirib və beynəlxalq hüququn qorunmasının vacibliyini vurğulayıb. O, münaqişələrin yalnız hərbi güclə həll edilməsinə qarşı çıxıb.
Qeyd edək ki, Marqarita Robles Əndəlüsdə yerləşən Rota hərbi bazası və Moron de la Frontera hərbi bazasının ABŞ əməliyyatlarına dəstək vermədiyini açıqlayıb. Nazir bildirib ki, təyyarələr İran əməliyyatları üçün texniki xidmət və ya dəstək almayıb və almayacaq.
Xarici işlər naziri Xose Manuel Albares İspaniyanın öz bazalarının İran hücumlarında istifadəsinə icazə verməyəcəyini bəyan edib.
Məlumata görə, əməliyyat üçün mühüm əhəmiyyət daşıyan 11 yanacaq doldurma təyyarəsi daxil olmaqla ümumilikdə 15 ABŞ hərbi təyyarəsi 1 mart gecəsi İspaniya bazalarını tərk edərək Almaniya və Birləşmiş Krallıq kimi digər Avropa ölkələrinə yönləndirilib.
Gülay










































