İspaniyada 16 nəfər yeni virusdan xəstəxanaya yerləşdirildi

DÜNYA
22:33 12.08.2020
1019
İspaniyanın cənubunda yerləşən Əndəlüs regionunda yeni meninqoensefalit adlı yeni virus tapılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, 16 nəfər bu yeni virusa yoluxub, onlardan 5-i reanimasiyaya yerləşdirilib. 

Bildirilir ki, ilk olaraq 18 şəxsdə virusa yoluxma halı aşkarlanıb, onlardan cəmi 2-si ev şəraitində müalicə alır. Xəstələrin hamısı Sevilya əyalətində yaşayırlar.

"ABC" qəzetinin araşdırmasına görə, xəstəlik "aedes japonicus" ağcaqanadının dişləməsi səbəbindən ola bilər.

OXŞAR XƏBƏRLƏR

X Mostbet