İspaniyanın Barselona regionunda baş verən qəzadan sonra həkimlər avtobusda olan 50-dən çox sərnişinə tibbi yardım göstəriblər.
Bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi "X” hesabında məlumat yayıb.
Bildirilib ki, həkimlər 52 nəfərə yardım göstəriblər. Avtobus Pineda-de-Mar kəndi yaxınlığındakı tunelə daxil olarkən aşıb. Nəqliyyat vasitəsində 60-a yaxın adam olub.
Avtobus İspaniyanın "Inditex” geyim şirkətinin işçilərini daşıyırdı.
///report