Turistləri daşıyan iki avtobusun toqquşması nəticəsində 34 nəfər xəsarət alıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İspaniyanın Barselona şəhərinin mərkəzində qeydə alınıb.
Barselona yerli hakimiyyət orqanları mətbuata bildiriblər ki, bölgəyə səyahət edən italyan tələbələri daşıyan avtobus şəhərin mərkəzindəki Diaqonal de Barselona bulvarında kruizdən limana gələn turistləri daşıyan avtobusa çırpılıb.
Avtobusun ağaca çırpılaraq dayanması nəticəsində 4-ü ağır olmaqla 34 nəfərin yaralandığı açıqlanıb.
Saat 14.45-də (Azərbaycan vaxtı ilə 17.45) baş verən qəzaya görə şəhərin mərkəzində nəqliyyatın uzun müddət dayandığı və əraziyə çoxlu sayda təcili yardım, yanğınsöndürmə və mülki yardım qruplarının göndərildiyi bildirilib.
Digər tərəfdən, dünən axşam saatlarında Kataloniyada keçirilən karnaval tədbirlərindən sonra müxtəlif yerlərdə baş verən yol qəzalarında ümumilikdə 7 nəfərin həyatını itirdiyi qeyd olunub.
Oksana