İspaniyada kömür mədənində qəza baş verib, ölənlər var

İspaniyada kömür mədənində qəza baş verib, ölənlər var
DÜNYA
16:15 31.03.2025
279
İspaniyanın Asturiya regionunda kömür mədənində baş verən qəza nəticəsində 5 şaxtaçı ölüb, 4 nəfər yaralanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, daha iki şaxtaçı heç bir xəsarət almadan sağ çıxarılıb.

Agentlik regionun fövqəladə hallar xidmətlərinə istinadən xəbər verir ki, yerli vaxtla saat 9:32-də (Qrinviç üzrə 07:32) şaxtanın avadanlıqlarında nasazlıq yaranıb və qəza baş berib. Hadisə yerinə 3 helikopter və 2 təcili yardım maşını göndərilib.

Region rəhbəri Adrian Barbon iki günlük matəm elan edib.
OXŞAR XƏBƏRLƏR