İspaniya Baş nazirinin müavini və əmək naziri Yolanda Diaz Yaxın Şərqdəki vəziyyətlə bağlı Avropanı sərt tənqid edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o televiziya kanallarına müsahibəsində dünyada baş verənlərə bir çox hökumətin səssiz qalmasını "rüsvayçılıqdır” adlandırıb.
Diaz beynəlxalq qaydalara əsaslanan nizamın çökməkdə olduğunu vurğulayaraq, Qəzzada soyqırım baş verdiyini və Avropanın buna adekvat reaksiya vermədiyini deyib. Onun sözlərinə görə, hazırda bu məsələdə açıq mövqe bildirən azsaylı hökumətlərdən biri İspaniyadır.
O həmçinin bildirib ki, Avropa uzun müddətdir kritik vəziyyətdədir və Avropanın strateji muxtariyyəti ilə bağlı hazırlanan hesabatlarda yer alan tövsiyələr həyata keçirilməlidir.
Diaz əlavə edib ki, Avropa texnologiya, maliyyə və enerji sahələrində ABŞ-dan asılılığını azaltmalı və mövcud vəziyyət qarşısında daha qətiyyətli addımlar atmalıdır.
Gülay










































