İspaniya Yunanıstandakı meşə yanğınlarının söndürülməsinə ən çox dəstək olan ölkə oldu.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afina şəhərinin şimalında yerləşən "Evia” adasında meşə yanğınları davam edir. Yanğınların söndürülməsinə kömək məqsədilə İspaniya hökuməti Yunanıstana çoxlu yanğınsöndürən briqadalar və təyyarələr göndərib.
Qeyd edək ki, İspaniya hökuməti bundan əvvəl Türkiyədəki meşə yanğınları üçün köməklik göstərmişdi.
Mikayıl Mirzəzadə