İspaniyalı baş məşqçi PSJ ilə heç-heçədən sonra istefaya göndərildi

İDMAN
19:04 13.10.2022
294
Fransanın "Reyms" klubu baş məşqçisi Oskar Qarsiyanı istefaya göndərib.

AZXEBER.COM Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

Qeyd edək ki, ispaniyalı baş məşqçisi 2021-ci ilin iyunundan komandaya rəhbərlik edib. "Reyms" Liqa 1-də 8 xalla 15-ci pillədə qərarlaşıb. Komanda oktyabrın 8-də X turda evdə PSJ ilə qolsuz heç-heçə etmişdi.
OXŞAR XƏBƏRLƏR